Ərdoğandan Branson açıqlaması

 
Türkiyə məhkəməsi öz qərarlarını müstəqil şəkildə verir. Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı rahib Endryu Branson azadlığa buraxıldıqdan sonra özünün “Twitter” səhifəsində amerikalı həmkarı Donald Trampa müraciət edərək deyib.
 
R. T. Ərdoğan sosial şəbəkədə yazıb: “Hörmətli Prezident Tramp, həmişə vurğuladığım kimi türk məhkəməsi öz qərarını müstəqil şəkildə verdi. Ümid edirəm ki, ABŞ və Türkiyə öz əməkdaşlıqlarını müttəfiqlərə yaraşan şəkildə davam etdirəcəklər və terror təşkilatlarına qarşı birgə mübarizə aparacaqlar”.
 
Xatırladaq ki, NBC telekanalı daha əvvəl Ağ evdəki mənbəsinə istinadla məlumat vermişdi ki, ABŞ və Türkiyə E. Bransonun azad edilməsi haqqında gizli razılaşma əldə ediblər. D. Tramp rahibin azad edilməsində köməyinə görə türkiyəli həmkarına təşəkkür edib. O, Türkiyə ilə bu barədə heç bir razılaşmanın olmadığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top