Cəbəllütariq Ermənistanı məğlub edərək tarixində ilk rəsmi qələbəsini qazanıb - VİDEO


Futbol üzrə Ermənistan millisi UEFA Millətlər Liqası çərçivəsində ikinci dəfə məğlub olub.

Ermənistan yığması qrup mərhələsinin 3-cü turunda İrəvanın "Respublika" stadionunda FİFA reytinqində 198-ci pillədə qərarlaşmış Cəbəllütariq millisinə sensasiyalı şəkildə uduzub.

Oyunun 50-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi Cəbəllütariqin "Linkoln Red İmps" klubunda çıxış edən müdafiəçi Jozef Çipolina olub.

Cəbəllütariq millisi 4-cü qrupun potensial autsayderi hesab edilirdi.

Ermənistan millisi Millətlər Liqasının ilk matçında Lixteynşteyni 2:1 hesabı ilə məğlub edib, ardınca isə Makedoniyaya 0:2 uduzub.


(report.az)

DİGƏR XƏBƏRLƏR

Top