Tramp yeni pulu üstün tutdu

Vaşinqton səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı vəziyyəti araşdırmaq niyyətindədir. Yeniavaz.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib: "Qaşıqçının itməsinin arxasında Səudiyyə Ərəbistanının dayandığı ortaya çıxsa, biz çox narazı və üzgün olacağıq. Hələlik bunu inkar edirlər. Biz məsələnin məğzinə varmaq niyyətindəyiik. Əgər deyilənlər doğrudursa, ciddi cəza olacaq".
D. Tramp Ər-Riyada qarşı müəyyən məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini istisna etməyib. Bununla belə, o qeyd edib ki, Səudiyyə Ərəbistanına silah tədarükündən imtina etmək və bununla da bu işlə məşğul olan amerikalıları işsiz qoymaq istəmir. 

DİGƏR XƏBƏRLƏR

Top