Erməni təxribatına Kipir türklərindən dəstək - FOTOLAR


Gələn ilin 4-15 iyul tarixlərində işğal altında olan Dağlıq Qarabağda təşkil olunacaq "beynəlxalq" futbol turnirinin 3 şəhərdə - Xankəndi, Ağdərə və Əsgəranda keçiriləcəyi bildirilir.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı separatçı rejimin nəzarəti altında olan Xankəndi şəhərinin "Lernain Artsax" ("Dağlıq Qarabağ") adlı futbol klubunun direktoru Mqer Avanesyan verib.
Məlumaat üçün bildirək ki, separatçı rejimləri, həmçinin  tanınmayan ya da qismən tanınan ölkələri bir arada birləşdirən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən təşkil olunan "Avropa Kuboku -2019" alı turnirin gələn ilin 4-15 iyul tarixlərində işğal altındakı Dağlıq Qarabağ torpaqlarında keçirilməsi nəzərdə tutulub.  
ConİFA-də təmsil olunan 40 "ölkə" arasında Avropanı təmsil edən 12 "ölkə" "Avropa Kuboku -2019"da iştirak edəcəyini açılqayıb. Mətbuatda yazılan məlumatlardan belə görünür ki, turnirdə qondarma Dağlıq Qarabağla yanaşı, Abxaziya, Dnestryanı, Şimali Kipr Türk Cümhuriyyəti, Cənubi Osetiya, Qaraçılar yığması və Monako knyazlığı kimi tanınmayan yaxud da qismən tanınan bölgələr iştirak edəcəklər.
Qeyd edək ki, mərkəzi qərərgahı İsveçin Luleo şəhərində yerləşən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) 2013-cü ilin 7 iyun tarixində qurulub. Bugünə kimi müxtəlif futbol turnirlərinin təşkilatçısı olan bu qurumun tərkibində erməniləri təmsil edən iki komanda yer alır. Bunlardan biri "Dağlıq Qarabağ", digəri isə "Qərbi Ermənistan" adlanır. "Qərbi Ermənistan" komandası  Türkiyəyə ərazi iddiası irəli sürən bir qrup erməninin kağız üzərində qurduğu xəyali dövləti -  "Qərbi Ermənistan"ı təmsil edir.  
ConİFA ilə bağlı digər bir maraqlı məqam odur ki, Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan Şimali Kipr Türk Cümhuriyyəti də bu qurumda təmsil olunur və "Dağlıq Qarabağ"la bərabər Konfederasiyanın ən fəal üzvü hesab olunur.
Xatırladaq ki, ConİFA tərəfindən təşkil olunan bundan əvvəlik - "Avropa Kuboku -2017" turniri 4-11 iyul 2017-ci il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində keçirilib.
Onu da bildirək ki, 2012-ci ildə təsis olunduğu deyilən "Artsax Futbol Federasiyası" 2014-cü ildən ConİFA-da təmsil olunur.
Azərbaycan rəsmi olaraq Şimali Kipr Türk Cümhuriyyətini tanımasa da bu "ölkənin" Bakıda daimi nümayəndəliyi fəaliyət göstərir və bir-çox sahələrdə ikitərəfli əlaqələr inkişaf edib. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan hər zaman Şimali Kipr Türk Cümhuriyyətinə dəstək verib. Ötən il Şimali Kipr Cümhuriyyətinin yaranmasının 34-cü ildönümü münasibətilə Bakıda təşkil olunan tədbirdə rəsmi şəxslər, o cümlədən Diaspor Komitəsinin o zamankı sədri Nazim İbrahimov və millət vəkilləri iştirak edib. Hətta Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini rəsmə tanımasa da 2012-ci ildə Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Dərviş Əroğluya məktub göndərərək Şimali Kipr Türk Cümhuriyyətinin ilk prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Rauf Denktaşın vəfatından olduqca kədərləndiyini bildirmiş və dərin hüznlə başsağlığı vermişdir. 
Təəssüf ki, Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanın bu dəstəyinin əvəzini separatçı Qarabağ rejimi ilə əməkdaşlıq etməklə, işğalçılarla eyni qurumda (ConİFA) təmsil olunmaqla ödəyir.


Gələn ilin 4-15 iyul tarixlərində işğal altında olan Dağlıq Qarabağda təşkil olunacaq "Avropa Kuboku -2019" alı turnirin loqosu

  ConİFA-nın təşkilatçılğı ilə baş tutan "Dağlıq Qarabağ" - "Abxaziya" komandalarının oyunundan görüntü

ConİFA-nın reytinq siyahısında 2-ci sırada yer alan və gələn ilin iyul ayında Xankəndinə səfər etməyə hazırlaşan Şimali Kipr komandası

ConİFA-nın fəal üzvlərindən biri - Türkiyəyə ərazi iddiası irəli sürən bir qrup erməninin qurduğu "Qərbi Ermənistan" komandası 

DİGƏR XƏBƏRLƏR

Top