"Burada kompensasiyadan söhbət gedə bilməz, çünki hamısı qanunsuz tikililərdir"


Hazırda Badamdarda sürüşmə baş verən əraziyə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov və Baş nazirin müavini Hacıbala Abutalıbov gəlib. Hər iki vəzifəli şəxs jurnalistlərə açıqlama verib. Hacıbala Abutalıbov açıqlamasında qeyd edib ki, bu ərazidə tikilən evlər qanunsuzdur: "Yolun aşağısında restoran da sürüşür, onun fəaliyyəti dayandırılıb, çayxana da təhlükəli yerdədir. Bir ev də qəzalı vəziyyətdə olduğu üçün sökülüb. Vəziyyət çox gərgindir. 

Bu gün səhər saat 9-dan sürüşmə artıb və davam edir. Köçürülən 11 ailə öz qohumlarının evlərinə gediblər. Müvafiq qurumlar rəy versə ki, burada yaşayış mümkün deyil, hamısı söküləcək. Amma burada kompensasiyadan söhbət gedə bilməz, çünki hamısı qanunsuz tikililərdir. Onu tikənlər də bilirdilər ki, bura sürüşmə zonasıdır, amma yenə tikirdilər. İki gün öncə tikilən divar var burada. Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm ki, qanunsuz tikililər sökülsün. Heç birinin sənədi yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top