Ronaldinyo öz kriptovalyutasını buraxdı


Futbol üzrə Braziliya yığmasının və “Barselona” klubunun keçmiş hücumçusu, “Qızıl top” mükafatının sahibi Ronaldinyo öz kriptovalyutasını buraxdığını açıqlayıb. Yeniavaz.com “Gazeta.ru”  saytına istinadla xəbər verir ki, kriptovalyuta “RS Coin” adlanacaq.

Braziliyalı onu NEO meydançası ilə birlikdə buraxmağa başlayacaq. NEO brendləri blokçeyn texnologiyasında buraxmaq yolu ilə pula çevirməyə imkan verəcək. Futbolçu kriptovalyutanı futbol dünyasında irəli çəkməyi planlaşdırır, lakin arzu edən başqa şəxslər onu əldə edə bilər. Qeyd edilir ki, kriptovalyuta insanın yerindən və maliyyə vəziyyətindən asılı olmayraq, hər kəs üçün əlçatan olacaq. 

DİGƏR XƏBƏRLƏR

Top