Goranboyda iki minik maşını toqquşdu 1 nəfər öldü


Goranboy rayonunun Aşağı Ağcakənd ərazisində qeydə alınan qəzada iki maşın toqquşması nəticəsində 1 nəfər ölüb ,5 nəfər yaralanıb.Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi avtomobil, Börü kənd sakini Şaiq Sadıqzadənin sürücüsü olduğu maşınla toqquşub. Zərbənin gücündən Kamran Quliyev idarəetməni itirdiyindən avtomobili yol kənarındakı boruya çırpıb. Nəticədə həmin avtomobildə olan Zakir Səmədov hadisə yerində keçinib. Daha 5 nəfər Kamran Quliyev, Turan Səmədov, Səfayıl Quliyev, Afiq Hüseynov və Elşən Əliyev Goranboy Mərkəzi xəstaxanasına çatdırılıblar. Zərərçəkənlərə tibbi yardım göstərilib.Onlardan iki nəfər ambulator müayinəyə və daha iki nəfər isə Gəncə mərkəzi xəstəxanasınagöndərilib.
Faktla bağlı Xocalı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
Esmira Hidayətova, Goranboy
 

DİGƏR XƏBƏRLƏR

Top