Qusarda ayı inəkləri parçaladı - FOTO


Qusarda ayı mal-qaraya hücum edib.
Qusarın Suvacal kəndində, örüşə buraxılan mal-qara ayı hücumuna məruz qalıb.
Kənd sakinlərinin sözlərinə görə, kənddə yaşayan Cavid Qayıtmazov, Ərziman İbrahimov və Zabit Qayıtmazovun 3 baş iribuynuzlu heyvanlarını ayı örüş sahəsində parçalayıb. Sakinlər hadisədən bir gün sonra xəbər tutub.
Mal-qarasına ziyan dəymiş sakinlər bildiriblər ki, örüşə gedən heyvanlar geri qayıtmayıb. Ertəsi gün həmin əraziyə baxdıqda görüblər ki, 3 baş inəyi ayı otlaq yerində parçalayıb. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top