“The Washington Post”: Türkiyə hakimiyyətində jurnalistin öldürülməsi videosu var


Türkiyə hakimiyyətinin sərəncamında müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanın İstanbuldakı səfirliyində öldürüldüyünü təsdiq edən video və səs yazısı var.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yüksək vəzifəli ABŞ və Türkiyə mənbələrinə istinadən məlumat yayıb.
Qəzet yazır: “Videodan görünür ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik xidmətinin əməkdaşları Qaşıqçının oktyabrın 2-də konsulluğa daxil olduqdan sonra saxlayıblar. Jurnalist toyundan əvvəl rəsmi sənədlər almaq üçün konsulluğa gedib. Bundan sonra jurnalisti öldürüblər və onu hissələrə ayırıblar”.
Mənbənin sözlərinə görə, səfirlik binasından əldə edilmiş səs yazısı jurnalistin ora daxil olduqdan sorna nə baş verdiyini göstərir: “Səs yazısında onun səsi və ərəb dilidə danışan kişilərin səsi eşidilir. Onu necə dindirdikləri, işgəncə verdikləri və sonra öldürdükləri eşidilir”.
Bununla belə, mənbə vurğulayıb ki, Türkiyə hakimiyyəti həmin yazıların yayılması məsələsinə ehtiyatla yanaşacaq, çünki öz ölkələrində xarici dövlətlərin izlənmə sxemlərini aşkara çıxarmaq istəmir. Qəzetin məlumatına əsasən, Türkiyə hakimiyyəti səs yazıları barədə Amerika administrasiyasının nümayəndələri ilə bölüşüb. ABŞ hakimiyyətinin videoya baxdığı və səs yazısını dinlədiyi hələ məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top