Sentyabr ayında ixrac kəskin azalıb


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 22 milyard 180 milyon 221,2 min dollar olub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2017-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə 54,7% və ya 7 milyard 869 milyon dollar artıb.
İdxal əməliyyatları üzrə 7 milyard 905 milyon dollar, ixrac əməliyyatları üzrə 14 milyard 275 milyon dollar ticarət həcmi qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 27,9%, ixrac 75,3% artıb
Ötən ay ərzində 1 milyard 395 milyon dollarlıq məhsul ixrac olunub, 1 milyard 42 milyon dollarlıq məhsul isə idxal edilib. Avqust ayında isə ixrac 2 milyard 132 milyon dollar, idxal isə 1 milyard 86 milyon dollar olub. Nəticədə son bir ayda ixrac 65,5% azalıb.
2018-ci ilin ilk 9 ayında ayında ticarət dövriyyəsində 6,4 milyard dollarlıq müsbət saldo yaranıb və bu ötən ilin analoji dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur.
 

DİGƏR XƏBƏRLƏR

Top