Rusiya millisinin futbolçusu həbs edildi

 
Moskvanın Tversk məhkəməsi “Zenit” klubunun hücumçusu Aleksandr Kokorini xuliqanlıq işi üzrə dekabrın 8-dək həbs edib. Yeniavaz.com BBC-nin rus xəbərlər xidmətinə istinadən xəbər verir ki, ikinci şübhəli – futbolçu Pavel Mamayevin həbsinə dair vəsatətə hələ baxılır.
 
Polisin məlumatına görə, bazar ertəsi dostluqlarının 10 illiyini qeyd eədn A. Kokorin və P. Mamayev sürücü Viktor Solovçuku, 1 saatdan sonra isə Sənaye və Ticarət Nazirliyinin departament əməkdaşı Sergey Qaysini döyüblər.
 
Hər iki davada futbolçuların əhatəsindəki digər insanlar da iştirak edib. Onların arasında A. Kokorinin kiçik qardaşı Kirill də olub. Kirill bu gün məhkəmə tərəfindən 2 ay müddətinə həbs olunub.

DİGƏR XƏBƏRLƏR

Top