Yoxa çıxan jurnalistin qardaşı və arvadı öldürülüb - İDDİA


Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girən və daha sonra yoxa çıxan jurnalist Camal Kaşıkçı ilə bağlı da bir şok iddia ortaya atılıb. Beyrutda dərc olunan “Diyar” adlı qəzetin yazdığına görə, Kaşıkçının qardaşı Ahmet və arvadı Ciddədə iki gün əvvəl evə girən maskalı şəxslər tərəfindən öldürülüb, onların üç uşağı isə qaçaraq xilas ola biliblər. 

İddiaya görə, evə girən maskalı şəxslərin əllərində qılınc olub. Şahid qonşunun sözlərinə görə, həmin şəxslər başları qopana qədər Kaşıkçı və arvadına qılınc zərbələri endiriblər. Xilas olan uşaqlar isə qonşuların evinə sığınıblar. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top