Qubada yeni yaşayış binası tikiləcək


Prezidenti İlham Əliyev oktyabrın 11-də “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb. Yeniavaz.com xəbər verir ki, Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə qeyd olunan maliyyələşməni təmin etmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top