Pekin milyarderlərin sayına görə birincidir


Çinin paytaxtı Pekin milyarderlərin sayına görə ölkə şəhərlərinin reytinqinə başçılıq edib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Hurun” nəşrinin (“Forbes” jurnalının analoqu) hesabatında deyilir.
Hesabata əsasən, Pekində 293 yuan milyarderi yaşayır ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 7 nəfər azdır. Siyahının ikincisi Şençjen şəhəridir. Burada 193 milyarder yaşayır. İlk üçlüyü isə 160 milyarderlə Şanxay şəhəri tamamlayır.

DİGƏR XƏBƏRLƏR

Top