118 ildə neçə qadına Nobel mükafatı verilib?


Nobel mükafatının verilməyə başladığı 1901-ci ildən ötən 118 il ərzində ümumlikdə 896 şəxs və 27 təşkilat bu mükafata layiq görülüblər.
Yeniavaz.com "nobelprize.org" saytına istinadən bildirir ki, Nobel mükafatı alanların cəmi 5,5%-ni qadınlar təşkil edib. Belə ki, 118 il ərzində cəmi 50 qadın bu mükafatla təltif olunublar.
Qadınlar arasında Nobel mükafatına ilk dəfə Mariya Küri layiq görülüb. 1903-cü ildə fizika, 1911-ci ildə isə kimya sahəsində mükafata layiq görülən Küri Nobel mükafatını iki dəfə alan yeganə qadındır.
Qadınlara verilən sonuncu Nobel mükafatı isə fizika, kimya və sülh sahəsində olub. Ötən həftə Donna Strikland fizika, Franses Arnold kimya, Nadia Murad isə sülh sahəsində Nobel mükafatına layiq görülüblər.
Qadınlar ən çox sülh və ədəbiyyat sahələrində Nobel mükafatı alıblar.  Qadınlar tərəfindən 16 sülh, 14 ədəbiyyat, 12 fiziologiya və tibb, 4 kimya, 3 fizika və 1 iqtisadiyyat sahəsində mükafat alınıb.

DİGƏR XƏBƏRLƏR

Top