Lukaşenko Belarusun Rusiyanın tərkibinə daxil edilməsi məsələsindən danışdı


Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Rusiyanın tərkibinə daxil olmasını istisna edib.
Yeniavaz.com BELTA agentliyinə istinadla xəbər verir ki, A. Lukaşenko Belarusun suveren və müstəqil ölkə olduğunu qeyd edib.
O bildirib: “Bir şey sarsılmazdır və siz bunu bilirsiniz, biz suveren və müstəqil ölkəyik. XXI əsrdə Belarusun Rusiyanın tərkibinə daxil edilməsi barədə danışmaq sadəcə gülməlidir. Və mən Rusiyanın indiki Prezidentindən bunu bir dəfə də olsun eşitməmişəm”.
Bununla belə, A. Lukaşenko qeyd edib ki, Belarus sakinləri Rusiyaya yaxın müttəfiq kimi baxırlar.

DİGƏR XƏBƏRLƏR

Top