Dünyada internetdən ən çox və ən az istifadə edən ölkələr - SİYAHI


5 milyon 353 nəfər əhalisi olan Norveçdə vətəndaşların 99,2%-nin internetə çıxış imkanları var və bu göstəriciyə görə Norveç dünyada birinci sırada qərarlaşıb.
Yeniavaz.com İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (İnternet World Stats - İWS) açıqladığı sonuncu hesabata istinadən bildirir ki, əhalinin internetə çıxış imkanlarına görə ən yaxşı vəziyyət Avropa və ərəb ölkələrində müşahidə olunub.
Əhalinin sayına nisbətdə internetə çıxış imkanıları ən yüksək olan il 10 ölkə bunlardı:
1. Norveç - 99,2 %
2. İslandiya - 99 %
3. Lixtenşteyn - 98,4 %
4. Birləşmiş Ərəb Əmirlikləri - 98,4 %
5. Qətər - 98,1 %
6. Bəhreyn - 98 %
7. Küveyt - 97,8%
8. Danimarka - 96,9 %
9. Lüksemburq - 96,9%
10. İsveç - 96,7 %
Əhalinin internetə çıxış imkanlarına görə ən pis vəziyyət isə Afrika və Asiya ölkələrində müşahidə qeydə alınıb. 25,6 milyondan çox əhalisi olan Şimali Koreya dünyada internetdən ən az istifadə edə ölkədir. Bu ölkədə təxmini hesablamalara görə 20 min insanın internetə çıxış imkanı var ki, bu da əhalinin 1%-dən də azdır. İnternetə çıxış imkanı olanlar isə dövlət qulluqçuları və hərbçilərdir.
Əhalinin sayına nisbətdə internetə çıxış imkanıları ən aşağı səviyyədə olan il 10 ölkə bunlardı:
1. Şimali Koreya - 0,07%
2. Eriteriya - 1,4 %
3. Niger - 4,3 %
4. Çad - 5 %
5. Mərkəzi Afrika Respublikası - 5,4 %
6. Brundi - 5,5 %
7. Konqo - 6,1 %
8. Qvineya- Bisau - 6,3 %
9. Madaqaskar - 7,2 %
10. Somali - 7,9 %
Məlumat üçün qeyd edək ki, İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının hesabatında Azərbaycanda ümumi əhalinin 80,6%-i və ya 7 milyon 999 min nəfərinin internetə çıxış imkanlarının olduğu qeyd olunub. Azərbaycan bu göstərici üzrə də MDB və region ölkələri arasında ilk sırada qərarlaşıb.  
Ümumlikdə isə dünyada 4 milyard 208 milyon 572 mindən çox insan internetə çıxış imkanına sahibdir. Bu dünya əhalisinin 55,1%-nə bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top