ABŞ xarici ölkədəki hərbi bazasını bağladı


ABŞ Kiprdəki hərbi-hava bazasını bağlayıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin baş müfəttişinin məruzəsində deyilir. Bildirilir ki, hərbi bazanın təmin edilməsinə boş yerə 71 milyon dollar xərclənib. ABŞ Hərbi Hava Qüvvələrinin Kiprdəki bazası 2013-cü ilin sentyabrında qurulub və 2017-ci ilin avqustunda bağlanıb. Bazada müqavilə əsasında təqribən 40 hərbçi və beş helikopter dislokasiya edilib. Helikopterlərin təminatı Vaşinqtona təxminən hər il 20 milyon dollar başa gəlib. Dövlət Departamentinin Baş Müfəttişlik Aparatı müəyyən edib ki, bu hərbi baza müvafiq qurumun icazəsi olmadan yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top