Gürcüstana qanunsuz yolla mobil telefonlar gətirən Azərbaycan vətəndaşları saxlanılıb


Gürcüstana qanunsuz yolla külli miqdarda mobil telefonlar keçirməyə cəhd edən iki Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilir ki, Tbilisi beynəlxalq hava limanında S.K. və A.X. adlı Azərbaycan vətəndaşlarından ümumi dəyəri 56,243.45 lari olan 31 ədəd bəyan edilməmiş mobil telefon aşkar olunub.

Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.(Report)

DİGƏR XƏBƏRLƏR

Top