Makqreqor bir ay döyüşə bilməyəcək

 
Nevada ştatının atletik komissiyası (NSAC) İrlandiyanın qarışıq üslublu döyüşçüsü Konor Makqreqoru bir ay müddətinə döyüş keçirməkdən uzaqlaşdırıb.
 
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə NSAC-ın mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, 30 yaşlı K. Makqreqor döyüşlərdə tibbi göstərişlər görə iştirak edə bilməyəcək.
 
Xatırladaq ki, irlandiyalı döyüşçü bazar gününə keçən gecə mütləq döyüş çempionatının (UFC) yüngül çəki dərəcəsində çempion titulu uğrunda keçirilmiş döyüşdə dağıstanlı Həbib Nurməhəmmədova uduzub.
 
K. Makreqor UFC tarixinin ən tanınmış döyüşçüsüdür. O, qarışıq təkbətək döyüşlərdə keçirdiyi 25 görüşün  21-də qələbə qazanıb, dördündə isə məğlub olub. İrlandiyalı tarixdə ilk UFC döyüşçüsüdür ki, müxtəlif çəki kateqoriyalarında (yarım yüngül və yüngül) iki titula eyni zamanda sahib olub.
 
K. Makqreqor üzərində qələbə H. Nurməhəmmədov üçün UFC-də 11-ci qələbə olub. O, qarışıq təkbətək döyüşlərdə 27 döyüş keçirib və hamısında qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top