Türkiyədə itən jurnalist səudiyyəli şahzadənin dostuymuş


Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri şahzadə Xalid ibn Salman ibn Əbdüləziz əs-Səud Türkiyədə yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi barədə məlumatı təkzib edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, şahzadə jurnalist ilə dost olduğunu bildirib.

O deyib: “Camalın mən daxil olmaqla, Səudiyyə Ərəbistanından çoxlu dostları var və fikir ayrılıqlarına baxmayraq, o, Vaşinqtonda olanda mütəmadi təmaslar saxlamağı davam etdirmişik. Camal Qaşıqçının İstanbuldakı konsulluqda itməsi, Krallığın onu saxlayıb öldürməsi barədə məlumatlar tam yalan və əsassızdır. Camal konsulluqdan çıxdıqdan sonra itkin düşüb. Bu, səudiyyəli jurnalistin diplomatik nümayəndəliyə son aylarda ilk səfəri deyil”.

Qeyd edək ki, C. Qaşıqçı Ər-Riyadın indiki siyasətinə qarşı sərt fikirləri ilə tanınır. O, 2017-ci ildə ölkəni tərk edərək ABŞ-a yerləşib. Jurnalist “The Washington Post” üçü mütəmadi məqalələr yazır və Səudiyyə Ərəbistanındakı vəziyyəti təhlil edir. 

DİGƏR XƏBƏRLƏR

Top