Aralıq dənizində iki gəmi toqquşdu


Aralıq dənizində iki gəmi toqquşub. Tunis bayrağı altında üzən "Ulysse" yük gəmisi Kipr bayrağı altında üzən "CLS Virginia"ya çarpılıb. Daily Mail xəbər verir ki, toqquşma Fransanın Korsika adasının cənubundan 25 km aralıda baş verib. Hadisə yerində dənizə yüzlərlə ton yanacaq axıb. Fransanın və İtaliyanın hakimiyyət dairələri 15 km radiusda yayılmış yanacaq ləkəsini təmizləməyə çalışırlar.

CTN şirkətinə məxsus "Ulysse " İtaliyanın Genuya limanından Tunisin Radeş limanına üzürdü. Fransanın ətraf mühitin mühafizəsi naziri Fransua de Ruqinin dediyinə görə, dənizə təxminən 600 ton yanacaq axıb. İnsidentin səbəbləri araşdırılır.(Milli.az)

DİGƏR XƏBƏRLƏR

Top