Məşhur sosial şəbəkə bağlanır

 
“Google +” sosial şəbəkəsi fərdi istifadəçilər üçün bağlanacaq, bu, 10 ay vaxt aparacaq. Yeniavaz.com “Vedomosti” qəzetinə istinadla xəbər verir ki, bu barədə “Google” şirkətinin rəsmi bloqu məlumat verib.
 
Şirkət sosial şəbəkənin bağlanmasının əsas səbəbləri kimi onun saxlanmasının çətinliyini və istifadəçi versiyasının olduqca az populyar olmasını göstərib. Bildirilir ki, istifadəçilər öz məlumatlarının saxlanılması və başqa yerə daşınması üzrə təlimat alacaqlar.
 
Həmçinin “Google+”in təhlükəsizlik baxımından zəif olduğu vurğulanır. Bu zəiflik 500 mindən çox istifadəçi hesabın məlumatlarını əhatə edə bilər. 438 tətbiq zəiflikdən istifadə edə bilərdi, lakin bunun baş verdiyinə dair dəlil yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top