Həbib artıq Dağıstandadır: azarkeşlər meydançaya axışdı VİDEO

 
Qarışıq üslublu döyüşçü (MMA) Həbib Nurməhəmmədov Mahaçqala aeroportuna gəlib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, onu Dağıstan rəhbərliyinin, respublikanın İdman Nazirliyinin nümayəndələri, eləcədə doğmaları və dostları qarşılayıblar.
 
“Life.ru” portalı xəbər verir ki, H. Nurməhəmmədov komanda üzvləri ilə birlikdə aeroportdan “Anji-Arena” stadionuna gedib. O burada regionun müxtəlif guşələrindən olan azarkeşləri ilə görüşür. Görüş zamanı azarkeşlər kumirlərini görmək üçün meydançaya çıxıblar.
 
Onları nizam-intizama əməl etməyə və öz yerlərinə qayıtmağa çağırıblar. H. Nurməhəmmədovun özü azarkeşlərə müraciət edib. Lakin onların çoxu yenə meydançada qalıb, görüşdən sonra isə idmançının arxasınca qaçmağa başlayıblar.
 

 

DİGƏR XƏBƏRLƏR

Top