Orfoqrafiya qaydaları layihəsi Nazirlər Kabinetinə təqdim edilib


Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini Nazirlər Kabinetinə  təqdim edib.

Yeniavaz.com xəbər verir ki, bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.

O bildirib ki, layihənin son variantı 62 maddədən ibarətdir: "Maddələrin hamısı yeni deyil, bəzi maddələr dəyişib".

Qeyd edək ki, bir neçə aydır aparılan Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrə sentyabr ayının 13-də keçirilən Orfoqrafiya Komissiyasının iclasında yekun vurulub. Nazirlər Kabineti layihəni təsdiqləyəndən sonra yeni orfoqrafiya qaydaları qüvvəyə minəcək.

DİGƏR XƏBƏRLƏR

Top