Mərkəzi küçə bağlanır - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ


Bu gün və sabah saat 23:00-dan saat 06:00-a qədər (7 saat) Bakının Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq. 

Yeniavaz.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir. 

“Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik”, - deyə qurumun açıqlamasında qeyd olunub. 

DİGƏR XƏBƏRLƏR

Top