Makqreqor: "Yaxşı zərbə idi, revanş gözləyirəm"


Qarışıq döyüş növləri (MMA) üzrə irlandiyalı idmançı Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək istəyir. Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Makqreqor "Twitter" səhifəsində yazıb.

"Yaxşı zərbə idi. Revanş gözləyirəm", - idmançı bildirib.

UFC prezidenti Deyna Uayt isə mətbuat konfransında Nurməhəmmədovla Makqreqor arasında mümkün revanş haqqında sualı cavablandırarkən bildirib ki, "bu oğlanları bir-birindən uzaq tutmağa" çalışacaq.

Xatırladaq ki, Nurməhəmmədovla Makqreqor arasında döyüş oktyabrın 7-də keçirilib və rusiyalının qələbəsi ilə yekunlaşıb. Bundan sonra Həbib oktaqondan kənarda dayanmış irlandiyalının məşqçilərindən birinə hücum edib.

Başlayan kütləvi davadan sonra Uayt çempionluq kəmərini Nurməhəmmədova təqdim etməkdən imtina edib. Daha sonra o bildirib ki, Həbib tituldan məhrum edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top