Haiti sahillərində zəlzələ: 11 nəfər ölüb


Haitidə baş verən zəlzələ zamanı azı 11 nəfər ölüb, 100 nəfər yaralanıb. Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, ötən gün ölkənin şimal sahilində 5,9 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri paytaxt Port-o-Prensdən 175 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə qeydə alınıb. Qeyd edək ki, bu hadisənin ölkədə 2010-cu ildə baş verən zəlzələdən sonra ən güclü zəlzələ olduğu bildirilib. 2010-cu ildə baş verən zəlzələdə 300 minə yaxın insan həyatını itirmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top