Suriya müxalifəti İdlibdən ağır texnikanı çıxarmağa başlayıb


Suriya müxalifətinin silahlı dəstələrini birləşdirən "Milli azadlıq cəbhəsi" koalisiyası (MAC) Suriyanın şimalında yerləşən İdlib əyalətinin hərbsizləşdirilmiş zonasından ağır texnikanı çıxarmağa başlayıb. Yeniavaz.com report-a istinadən xəbər verir ki, bu barədə şənbə günü AFP agentliyi məlumat yayıb.

"Cəbhə hərbsizləşdirilmiş zonadan ağır hərbi texnikanı çığarmağa başlayıb", - deyə koalisiya nümayəndəsi Naci Mustafa AFP-yə bildirib və koalisiyanın digər silahlarla zonada öz blokpostlarını saxlayacaq.

MAC-yə daxil olan "Feylak əş-Şam" müxalifət qruplaşmasının nümayəndəsi agentliyə bildirib ki, hərbsizləşdirilmiş zonadan buraxıcı qurğular və qumbaraatanlar çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top