Ermənistanda sabiq deputat güllələnib FOTO



Ermənistanda sabiq deputat öldürülüb. Yeniavaz.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, oktyabrın 6-sı axşam saatlarında Yerevanın “Erebuni” Tibb mərkəzinə bir neçə güllə yarası almış kişi gətirilib. Həkimlərin səylərinə baxmayaraq yaralı şəxsi xilas etmək mümkün olmayıb. Daha sonra güllələnən şəxsin "Çiçəklənən Ermənistan" partiyasının üzvü, sabiq deputat Karo Karapetyan olduğu müəyyənləşib. Yerevan polisi faktla bağlı araşdırmaya başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top