Berluskoni Rusiyaya gedib - Putinin ad gününə


İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiya prezidenti Vladimir Putinin ad günü mərasimində iştirak etmək üçün Moskvaya gedib.

O bu barədə "Facebook" sosial şəbəkəsində yazıb və təyyarədə şəklini paylaşıb.

"Təyyarə ilə dostum Vladimir Putinin ad gününə gedirəm. Fürsətdən istifadə edərək bütün mühüm beynəlxalq problemləri müzakirə edəcəyəm", — deyə Berluskoni yazıb.

Bazar günü, oktyabrın 7-də Putinin 66 yaşı tamam olacaq. (Report)

DİGƏR XƏBƏRLƏR

Top