Evlərə qazın zəif təzyiqlə gəlməsinin qaz kartları ilə əlaqəsi var? - Açıqlama


Mənzillərə qaz zəif təzyiqlə gələndə ən çox narahatlıq yaşayanlar xanımlar olurlar. Xüsusilə payız-qış mövsümündə qaz zəiflədiyindən hər gün evdə xörək hazırlayan xanımların işi bir qədər çətinləşir. Havalar soyuyanda zəif gələn qazla evi qızdırmaq da bir dərddir. Buna çarə tapmaq arzusunda olanlar kifayət qədərdir. Vətəndaşlar arasında belə bir məlumat yayılıb ki, mənzillərə qazın zəif təzyiqlə gəlməsinin qaz kartları ilə əlaqəsi var.
Hətta vətəndaşlardan bəziləri bildirirlər ki, yerli - rayon qaz idarələrinə gedib qaz kartlarını təqdim edir, onu koddan çıxartdırırlar (?) və bundan sonra evlərə qaz yüksək təzyiqlə gəlməyə başlayır. Bəs bu iddia nə dərəcədə doğrudur? Yayılmış bu məlumatla bağlı Yeniavaz.com saytı "Azəriqaz" İstehsalat Birliyindən münasibət öyrənib. Birliyin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev təcrübədə belə bir şeyin olmadığını bildirib. Onun sözlərinə görə, hansısa vətəndaşların rayon qaz idarələrinə gedib qaz kartını koddan çıxartdırması, guya bundan sonra mənzilə qazın yüksək təzyiqlə gəlməsi barədə deyilənlərin əsası yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top