"Qarabağ" - "Arsenal" oyunu Avropa Liqasında 1-ci oldu


Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Bakıda baş tutan "Qarabağ"- "Arsenal" qarşılaşması  63 412 azarkeş tərəfindən izlənilib.
Yeniavaz.com UEFA-nın açıqladığı məlumatlara istinadən bildirir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda qeydə alınan azarkeş sayı Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutan digər oyunlardakı analoji göstəricilərdən yüksək olub. "Qarabağ"- "Arsenal" oyunu azarkeş sayına görə 1-ci yerdə qərarlaşıb.
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutan digər oyunlarda qeydə alınan azarkeş sayı belə olub:
"Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə) - 63 412
"Reyncers" (Şotlandiya) - "Rapid" (Vyana, Avstriya) - 47 543
 "Ayntraxt" (Almaniya) - "Latsio" (İtaliya) - 47 000
"Zenit" (Rusiya) - "Slaviya" (Praqa, Çexiya) - 45 408
"Betis" (İspaniya) - "Düdelanj" (Lüksemburq) - 40 133
"Çelsi" (İngiltərə) - "Videoton" (Macarıstan) - 39 925
"Krasnodar" (Rusiya) - "Sevilya" (İspaniya) - 31 346
"Fənərbağça" (Türkiyə) - "Spartak" (Trnava, Slovakiya) - 29 622
"Zaltsburq" (Avstriya) - "Seltik" (Şotlandiya) - 24 085
"Bayer" (Leverkuzen, Almaniya) - AEK (Larnaka, Kipr) - 23 354
"Spartak" (Moskva, Rusiya) - "Vilyarreal" (İspaniya) - 21 264
"Malmö" (İsveç) - "Beşiktaş" (Türkiyə) - 17 174
"Anderlext" (Belçika) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 12 137
"Bordo" (Fransa) - "Kopenhagen" (Danimarka) - 11 860
"Rusenborq" (Norveç) - "Leyptsiq" (Almaniya) - 11 484
"Standard" (Lyej, Belçika) - "Akhisarspor" (Türkiyə) - 8 233
"Sarpsporq" (Norveç) - "Genk" (Belçika) - 7 885
"Sürix" (İsveçrə) - "Lüdoqorets" (Bolqarıstan) - 7 092
"Yablonets" (Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) -  5 077

DİGƏR XƏBƏRLƏR

Top