Zaqatalada ünvanlı sosial yardımlar düzgün paylanılmayıb - RƏSMİ


Hesablama Palatasının kollegiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi üzrə gəlir və xərclərin, həmçinin Şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri müzakirə edilib.
Yeniavaz.com Palatadan açıqlanan məlumatlara istinadən bildirir ki,  müvafiq məlumatlara əsasən dövlət büdcəsinin vəsaitləri hesabına sosial müavinətlərin və təqaüdlərin ödənilməsinə 2017-ci ildə 4 829 633,2  manat, 2018-ci ilin I yarısında isə 2 716 298,96 manat olmaqla ümumilikdə 7 545 932,16 manat, ünvanlı dövlət sosial yardımının (ÜSY) ödənilməsi üzrə 2017-ci ildə 2 274 587,73 manat, 2018-ci ilin I yarısında isə 44 256,95 manat olmaqla cəmi 2 318 844,68 manat vəsait sərf edilib.
Nazirliyin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən Zaqatala rayonu üzrə VEMTAS vasitəsilə təyinat aparılmış 508 ailəyə ÜSY ödənilir. 
VEMTAS-la ÜSY təyinatının araşdırılması məqsədilə təşkil edilən monitorinqlər zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından və yardımçı təsərrüfatdan gəlirlərin nəzərə alınmaması, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi nöqsanlara rast gəlinib.
 

DİGƏR XƏBƏRLƏR

Top