Qroznıda eyni zamanda 200 toy keçirildi + VİDEO

 
Çeçenistanın paytaxtı Qroznıda eyni zamanda 200 gəlinin nikah mərasimi keçirilib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, nikah mərasimləri Qroznının 200 illiyinə həsr olunub.
 
Toy korteji gəlinləri bəyin yaxın qohumları və rəfiqələrin müşayiəti ilə Gül parkına gətirib. Bayram münasibətilə burada ənənəvi olaraq “lovzar” toy şənliyi keçirilir. Bəy çeçen adət-ənənəsinə uyğun laraq öz toyunda iştirak etmir. Meydandakı şənliklərdən sonra gəlinlər bəyin evinə aparılır, orada onları çoxsaylı qohumlar, qonşular və dostlar gözləyir.
 
Şəhərin yubileyi, həmçinin 200 ailənin sevinci üçün əsas olub. Belə ki, Çeçenistanın başçısı Ramzan Kadırov Qroznıda onlara yeni mənzillərin açarlarını verib. Mənzillər Əhmədhacı Kadırov adına xeyriyyə fondu tərəfindən aztəminatlı ailələrə təqdim edilib.
 
Qeyd edək ki, Qroznının əsası 1818-ci ildə qoyulub. Belə ki, həmin il çar generalı Aleksey Yermolovun əmri ilə Sunci sahilində “Qroznaya” qalası tikilib.

DİGƏR XƏBƏRLƏR

Top