Nazarbayevdən nazirlərə sərt xəbərdarlıq: "Yerinizə əcnəbiləri gətirəcəyəm"


Qazaxıstan prezidenti Nursultan Nazarbayev nazirləri aktiv işləməyə çağırıb, əks halda onlarə daha effektiv xarici mütəxəssislərlə əvəzləyəcəyi ilə hədələyib. 
“Sputnik Kazaxstan” xəbər verir ki, Nazarbayev Sinqap təcrübəsini misal çəkib. 
“Vaxtilə Sinqapur bütün dünyada pensiyaya çıxan mütəxəssisləri axtardı və tapdı. Dəvət etdi ölkəyə və onlar rəhbər vəzifələrdə çalışdılar. Baxın, əgər siz normal işləməsəniz, yerinizə oradan mütəxəssislər dəvət edəcəyəm”, - deyə o vurğulayıb.
(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top