“Kasıbların yas mərasimlərinin təşkilini bələdiyyələr həyata keçirsin!” - Siyavuş Novruzov


“Nazirlər Kabineti nümunəvi məzarlıq yaradacaq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarının olacağı gözlənilir”.

Bunu Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.

O, əlavə edib ki, qəbirstanlıq məsələsi hər zaman cəmiyyəti narahat edib və bu gün də narahat edir: “Nazirlər Kabineti bu problemi tənzimləmək üçün müvafiq addınlar atmağı planlaşdırır. Bununla bağlı xüsusi əsasnamə hazırlanmaqdadır. Hazırda insanlar özlərinə əvvəlcədən yer hazırlayırlar. Amma yeni əsasnaməyə görə insanlar əvvəlcədən məzar yeri tuta bilməyəcək. Yeni əsasnaməyə əsasən məzarlıqlarda ardıcıllıq prinsipi gözləniləcək.

Deputat təklif edib ki, imkansız ailələrin yas mərasimlərinin təşkililini bələdiyyələr həyata keçirsin: “Qəbirüstü abidələrinin qurulmasını da bələdiyyə üzərinə götürməlidir”.
(Olke.az)

DİGƏR XƏBƏRLƏR

Top