Şəkidə bacıoğlu dayısını bıçaqlayıb


Şəki rayonunda 62 yaşlı kişi bıçaqlanıb.

Bu gün axşam saatlarında Şəki şəhəri, H.Aslanov küçəsi, ev 3 ünvanında yaşayan, 1956-cı il təvəllüdlü Əkrəm Ağaməmməd oğlu İsmayılov döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Ə.İsmayılovun mübahisə zəminində bacısı oğlu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.
(Report)

DİGƏR XƏBƏRLƏR

Top