Məktəb şagirdin ölümü ilə bağlı açıqlama verib


Bakı şəhəri, Xəzər rayonu, İ.Tağıyev adına 26 nömrəli tam orta məktəb ötən gün təhsil ocağında qeydə alınan ölümlə bağlı açıqlama verib.

Yeniavaz.com xəbər verir ki, məktəbdən "Report"a daxil olan açıqlamada bildirilib ki, oktyabrın 4-ü saat 18:00-da məktəbin Fiziki tərbiyə müəllimi Əskərov Teymur Ələddin oğlu yaxın qohumu olan Məmmədağa Zeynalov adlı uşağın məktəbə yaxın ərazidə olan poliklinikanın qarşısında (Teymur müəllimin həyat yoldaşı poliknikada tibb bacısı işlədiyi üçün onun ardınca gedirmiş) halının pisləşdiyini görüb, uşağa yardım etmək məqsədilə məktəbə gətirib. Uşağa kömək məqsədilə təcili yardım çağırılıb, təəssüf ki, uşaq vəfat edib.

"Məlum olub ki, uşaq epilepsiya xəstəsidir, öncə ürək əməliyyatı olub. Hadisə ilə bağlı məktəb rəhbərliyinə xəbər verilib, ailə üzvləri dəvət olunub. Valideynləri uşağın səhhətindəki riskli durumdan məlumatlı olduqlarını bildiriblər" - məktəbin açıqlamasında bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top