Dünyada ən çox qəhvə istehsal və istehlak edən ölkələr - SİYAHI


Ötən il dünyada 9 milyon 552 min ton qəhvə istehsal olunub və bunun təxminən 1/3-i və ya 2 milyon 592 min tonu Braziliyanın payına düşüb. Yeniavaz.com Beynəlxalq Qəhvə Təşkilatının hesabatlarına istinadən bildirir ki, ən çox qəhvə idxal edən ölkə ABŞ hesab olunur. Bu ölkə ötən il 1 milyon 290 min ton qəhvə idxal edib ki, bu da dünyada istehsal olunan qəhvənin təxminən 10%-dən çoxdur.  Qəhvəni içki kimi ən çox istifadə edənlər isə Finlandiya sakinləridir. Bu ölkədə il ərzində adambaşına 12 kiloqram qəhvə istehlak edilir.
Avropa İttifaqına daxil olan ölkələr  2017-ci ildə təxminən 8,8 milyard avro dəyərində 3 milyon ton qəhvə idxal ediblər.
Azərbaycanda qəhvə istehsal olunmasa da, qəhvə istehlakı son illər artmaqdadır. Ötən il xaricdən idxal olunan qəhvə və qəhvə əvəzedicilərinin miqdarı əvvəlki illə müqayisədə 2 dəfə artıb. Belə ki, 2016-cı ildə Azərbaycana 120 min ton qəhvə və qəhvə əvəzediciləri gətirildiyi halda, bu göstərici ötən il 240 min tona yüksəlib.
Ötən il dünyada ən çox qəhvə istehsal edən ölkələrin ilk 10-luğuna aşağıdakı ölkələr daxildir:
1. Braziliya - 2 592 000 ton
2. Vyetnam - 1 650 000 ton
3. Kolumbiya - 810 000 ton
4. İndoneziya - 660 000 ton
5. Efiopiya - 384 000 ton
6. Honduras - 348 000 ton
7. Hindistan -  348 000 ton
8. Uqanda - 288 000 ton
9. Meksika - 234 000 ton
10. Qvatamala - 204 000 ton
Ötən il dünyada ən çox qəhvə içən (il ərzində adambaşına kiloqram) ölkələrin ilk 10-luğuna aşağıdakı ölkələr daxildir:
1. Finlandiya - 12 kq
2. Norveç - 9,9 kq
3. İslandiya - 9 kq
4. Danimarka - 8,7 kq
5. Hollandiya - 8,4 kq
6. İsveç - 8,2 kq
7. İsveçrə - 8,2 kq
8. Belçika - 6,8 kq
9. Lüksemburq - 6,5 kq
10. Kanada - 6,2 kq
Məlumat üçün onu da bildirək ki, hazırda dünyada ən az miqdarda istehsal olunan və yüksək qiymətə satılan qəhvə İndoneziyanın Sumatra adasında hazırlanır. Bu qəhvə "Kopa luvak" adlandırılır və İndoneziyada yaşayan palma pişiyinin yediyi və daha sonra da nəcisindən çıxan qəhvə dənələrindən hazırlanır. Bir kiloqram "Kopa luvak" qəhvəsinin qiyməti təxminən 500 dollara bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top