Şahmat Olimpiadasında bu günün NƏTİCƏLƏRİ


Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının 10-cu turunda kişilərdən ibarət Azərbaycan milli komandası Ukrayna komandası ilə qarşılaşıb. Yeniavaz.com xəbər verir ki, komandalar aşağıdakı şəkildə üz-üzə gəliblər. Komandamızın lideri Şəhriyar Məmmədyarov Vasili İvançuk ilə xalları bölüb. 

Digər qarşılaşmaların nəticəsi belə olub:
Şəhriyar Məmmədyarov - Vasili İvançuk 1/2-1/2
Teymur Rəcəbov - Pavel Elyanov 1/2 - 1/2
Arkadi Naydiç - Yuri Krivoruçko 0 - 1
Rauf Məmmədov - Ruslan Ponomaryov 1/2 - 1/2

Qadınlardan ibarət yığma komandamız isə Ermənistan yığması ilə qarşılaşıb. Gülnar Məmmədova və Mariya Kursova arasındakı qarşılaşma bərabərliklə başa çatıb. 5-ci turda Ermənistan komandasının lideri Levon Aronyan üzərində inamlı qələbə qazanan Şəhriyar Məmmədyarovun bacısı Zeynəb Məmmədyarova qardaşının uğurunu təkrar edə bilməyib və 10-cu turda Lilit Mkrtçyanla heç-heçə edib.  

Digər qarşılaşmaların nəticəsi belə olub:
Günay Məmmədzadə - Elina Danielyan 1/2 - 1/2
Zeynəb Məmmədyarova - Lilit Mkrtçyan 1/2 - 1/2
Xanım Balacayeva - Anna Sarqsyan 1/2 - 1/2
Gülnar Məmmədova - Mariya Kursova 1/2 - 1/2
Məlumat üçün qeyd edək ki, Dövlət Neft Şirkətinin (SOCAR) sponsoru olduğu olimpiadada 185 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyəti iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top