Alimlərdən xəbərdarlıq - Günəş fırtınası yerə yaxınlaşır - FOTOLAR


Yer kürəsini güclü günəş fırtınası vuracaq. Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə alimlər xəbərdarlıq ediblər. Günəş fırtınası səbəbindən elektronik cihazların və peyk sistemlərinin fəliyyətində ciddi problemlər yaranacağı gözlənilir.
Günəş üzərindəki 2 böyük dəliyin yönünü dünyaya çevirməsi nəticəsində yer planetinin də güclü təsirə məruz qalacağı bildirilir.
Günəş fırtınası yeri 2 dəfə vuracaq.
Bu gündən başlayan Günəş fırtınasının Yer kürəsini vurması 7 oktyabr - bazar gününədək davam edəcək.
Günəş fırtınasının metohəssas, ürək-damar xəstəliyindən əziyyət çəkənlərə ikiqat təsir edəcəyi bildirilir. Həmin insanlara bugünlərdə açıq havada çox qalmaq məsləhət görülmür.

DİGƏR XƏBƏRLƏR

Top