Qüdrət Şükürov dəyəri 10 milyonlarla ölçülən villaları hansı pulla əldə edib?


Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub. Adı dəfələrlə mediada hallanan Qüdrət Şükürov haqda mediada dərc olunan materiallar heç də ürəkaçan deyil. Maraqlıdır, ayda 550 manat qazanan lift idarəsinin rəhbəri bu qədər pulu necə və hardan qazanıb? Dəyəri 10 milyonlarla ölçülən evlər, villalar hansı pulla əldə olunub? Qızına 400 minlik toy edən Qüdrət Şükürov kimdir?
  
Vəzifə
 
2005- 2008-ci illərdə "Otis Lift” ASC və "Mos Otis” MMC-də direktor, 2008-2015-ci illərdə isə həmin şirkətlərdə baş direktor işləyib. Bu ilin yanvarında Avakyan "Moslift”ə baş direktor təyin edilib.
 
 
Erməni ilə görüş
 
Keçmiş qudası Rafail Əsgərovun sözlərinə görə 2013-cü ilin aprelində Qüdrət Şükürov ona birlikdə Moskvaya getməyi təklif edib.Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan idi. "OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib.

Bahalı binalar

İstanbulda olarkən isə ən bahalı yaşayış massivlərindən birinə – "Koru-Floriya”yada hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu "OTİS”in işçisi Andrey adlı şəxs "Koru-Floriya”ya köçürüb. Q.Şükürov 2013-cü ildə qudası R.Əsgərovdan bir neçə dəfə onunla "Elmlər Akademiyası”nın yaxınlığındakı köhnə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən "Azəriqazbank”ın filialına gedib pul çıxarmağı xahiş edib. Qüdrət Şükürov hər dəfə bankdan 400, 500, 700 min dollar pul çıxarıb.
 
400 min dollarlıq lift

Onun Bakının ən bahalı yaşayış binalarından hesab olunan "Gümüş plaza”da hər birinin qiyməti 2 milyon 500 min dollar olan 2 ədəd 5 otaqlı mənzili var. Həmin binada Q.Şükürov yalnız ona və yaxınlarına xidmət edən Yaponiya istehsalı olan, qiyməti 400 min dolları aşan lift quraşdırtdırıb. Azərbaycan Ali Məhkəməsinin arxasındakı "Çıraq Plaza”nın 1-ci mərtəbəsindəki "Women SPA” mərkəzi də faktiki onundur. Keçmiş qudası təkcə bu mərkəzin təmirinə 4 milyon dollar xərcləndiyini qeyd edib. Hazırda həmin mərkəzi Q.Şükürovun həyat yoldaşı Aynurə Şükürova işlədir. Təbriz küçəsinin qurtaracağındakı çoxmərtəbəli yaşayış binasında 2 ədəd 4 otaqlı, Səməd Vurğun parkının yanında 2 yaşayış mənzili, Nəsimi rayonu ərazində isə oğlu Samid Şükürova bir neçə ay əvvəl böyük bir restoran aldığı da gələn məlumatlar sırasındadır. Q.Şükürov 2014-cü ildə Moskvanın mərkəzində 2 dənə 5 otaqlı mənzil alıb. 2015-ci ilin fevralında Q.Şükürov Tolyattidə bacanağı Müşfiqin qardaşı Salamın adına 6 mərtəbəli ticarət mərkəzi və şadlıq sarayı alıb. Buzovna qəsəbəsində 2 böyük torpaq sahəsindəki bənzərsiz imarətləri var. Birində özü, digərində qızı yaşayır. 8-ci kilometr yaşayış massivində 16 mənzili, 3 gözəllik salonunun olduğu da iddia edilir. Q.Şükürov Az 10 AA 828 nömrə nişanlı, ən son model S klass "Mersedes”də gəzir. Maşın "Mersedes” zavodunda xüsusi sifarişlə yığılıb, motorun həcmi 6.3-dür.
(sfera.az)

DİGƏR XƏBƏRLƏR

Top