İnquşlar ərazilərinin Çeçenistana verilməsinə etiraz edirlər


İnquşetiyanın paytaxtı Maqas şəhərində parlamentin binası qarşısında qeyri-mütəşəkkil mitinq keçirilir. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, mitinq iştirakçıları Çeçenistanla sərhəd haqqında müqavilənin əleyhinə çıxış edirlər.

Bu gün çeçen və inquş deputatlar həmin müqavilənin lehinə səs veriblər. Hüquq-mühafizə orqanlarının qüvvələri Maqasa yeridilib. Maqasa əsas girişlər bağlanıb. Yüzlərlə insanın iştirak etdiyi mitinqdə hüquq-mühafizə orqanları əməkdaşlarının havaya atəş açdığı deyilir.

Xatırladaq ki, İnquşetiya və Çeçenistanın başçıları Yunusbek Yevkurov və Ramzan Kadırov sentyabrın 26-da iki respublika arasnda inzibati sərhədin təyin edilməsi haqqında müqavilə imzalayıblar.  İki region arasında sərhəd 1991-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının dağılmasından bəri müəyyən edilməmişdi. Sənədə əsasən Nadtereçnıy rayonun bir hissəsi Çeçenistana, Malqobey rayonu ilə sərhəddə eyni ölçüdə olan ərazi İnquşetiyaya qaytarılıb.

DİGƏR XƏBƏRLƏR

Top