Ronaldu milli komandada oynamayacaq


"Yuventus"un hücumçusu Kriştianu Ronaldu bu ilin sonuna qədər Portuqaliya milli komandasında oynamayacaq. Bu barədə Portuqaliyanın "O jogo" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, futbolçu bu qərarı Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Qomes və milli komandanın baş məşqçisi Fernandu Santuşla görüşdükdən sonra verib. Ronaldunun 2019-cu ildə yenidən komandaya qayıdacağı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top