Qızına 400 min dollarlıq toy edən məmur ABŞ şirkətindən rüşvət alıb?


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun vəzifəsindən azad olunması və Bakı Şəhər Prokurorluğunun BŞİH-in nümayəndələrilə birgə "Lifttəmir"də yoxlamalara başlanıldığı barədə məlumat yayılıb. Yeniavaz.com xəbər verir ki, mətbuatda yer alan məlumatlarda komissiyanın "Lifttəmir" İstehsalat Birliyində maliyyə məsələlərini yoxlamaq məqsədilə araşdırma apardığı qeyd olunur.  
Məlumat üçün bildirək ki, bir qədər əvvəl "The Wall Street Journal" nəşri ABŞ-ın Konnektikut ştatında fəaliyyət göstərən "United Technologies" korporasiyasının  Bakıda binalar üçün lift və avadanlıqlar satmaq üçün rəsmi şəxslərə rüşvət verdiyi barədə məlumat yayıb. Məlumatda qeyd olunurdu ki, "United Technologies" şirkəti başqa ölkələrin rəsmi şəxslərinə rüşvət verdiyi üçün 13,9 milyon dollar cərimə ödəməli olacaq.
Bildirilirdi ki, ABŞ şirkət Azərbaycanda, Çində və digər Asiyanın ölkələrində qanunsuz ödənişlər edib, xarici ölkə rəsmilərinə qiymətli hədiyyələr verib ki, o ölkələrdə biznes qira bilsin. Bildirilir ki, Təhlükəsizlik və Mübadilə Komissiyası səslənən iddiaların hamısını sübut edib.
Həmçinin qeyd olunub ki, araşdırma 2013-cü ildən başlanılıb. "United Technologies" korporasiyasının Azərbaycanda "United’s Otis Elevator Co" filialı fəaliyyət göstərib və Bakıda binalar üçün lift və avadanlıqlar satmaq üçün 2012-2014-cü illərdə vəzifəli şəxslərə rüşvət verib.
Onu da bildirək ki, "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun və ailəsinin dəbdəbəli həyatı barədə mətbuatda kifayət qədər məlumat yayılıb. Mətbuatın yazdığına görə baş direktoru qızının toy mərasimi üçün 400 min dollar vəsait xərcləyib. Sosial şəbəkələrdə Qüdrət Şükürovun qızının Maldiv adalarında istirahətindən, bahalı maşınlar və özəl yaxtalardan istifadə etməsilə bağlı video çəkilişlər yayılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top