ABŞ bu məhsulun Çinə ixracını dayandırdı

 
ABŞ-dan Çinə neft tədarükləri iki ölkə arasında ticarət müharibəsi fonunda tam dayandırılıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu “China Merchants Energy Shipping”in  (CMES) prezidenti Se Çunlinya deyib.
 
ABŞ 2016-cı ildə Çinə neft tədarük etməyə başlayıb. S. Çunlinya bildirib: “Biz ABŞ-dan Çinə əsas neft daşıyıcılarından biriyik. Ticarət müharibəsinədək yaxşı biznes varıydı, lakin indi o, tam dayanıb”.
 
Xatırladaq ki, Çin və ABŞ arasıda ticarət müharibəsi iyulun 6-da bu dövlətlər arasında gömrük rüsumlarının qarşılıqlı artırılması qüvvəyə minəndən sonra başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top