Özəl orta məktəblərdə təhsilin qiymətləri - Ən bahalısı 42 min, ən ucuzu isə...


Yeni dərs  ilinin başlanması ərəfəsində valideynlər öv ladları üçün  keyfiyyətli məktəb axtarışına çıxıb. Bir çoxları özəl orta mətəblərdə tədrisin keyfiyyətinin yüksək olmasını əsas götürərək onların xidmətindən yararlanmağa üstünlük verirlər.
Yeniavaz.com fins.az-a istinadən xəbər verir ki, indi özəl məktəblərdə uşaq oxutmaq hər kəsə nəsib  olmayacaq. Çünki orta məktəblərin təhsil haqları ali məktəblərdəkindən dəfələrlə yüksəkdir.  Hətta bəzilərində məktəbli forması, nəqliyyat xidməti, nahar təhsil haqqına daxil edilmir.

Qeyd edək ki, özəl orta məktəblərdə təhsil haqqı siniflərər görə fərqlənir. İbtidai siniflərdə ödənişlər nisbətən ucuz olur. Sizə təqdim etdiyimiz siyahıda həmin fərqlər aydın olacaq.   

Müasir Təhsil Kompleksi - 9 000 manat

"Evrika" liseyi  - 5 000 manat

Bakı Oksford Məktəbi

İbtidai sinifdə yerli müəllim qrupunda- 16 500 manat

İbtidai sinifdə xarici müəllim qrupunda- 18 500 manat

Yuxarı siniflərdə qruplar üzrə -17 500 manat  və 19 500 manat         

British  School in Baku - 14 500 manat

Nəqliyyat xidməti-  800 manat

Bir ailədən 2 və daha artıq uşaq gələrsə, onlara 1 000 manat, nəqliyyat xərcinə görə 50 faiz endirim edilir.   

Qərb Universitetinin Məktəbi - 4 300 manat

Nəqliyyat xidmətindən istifadə edənlər üçün - 5  100 manat

Avropa Azərbaycan Məktəbi  

İbtidai siniflər üçün- 8 500 manat

Yuxarı siniflər üçün - 9150 manat

"Kaspi" liseyi  

İbtidai siniflər üçün -5 300 manat 

Yuxarı siniflər üçün - 5 800 manat  

Bakı Atatürk Liseyi - 1 750  manat

Xəzər Universitetinin "Dünya məktəbi"

1-8-ci siniflər üçün - 7 500 manat

9-11-ci siniflər üçün - 8 000 manat

"XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi - 10 000 manat

Azərbaycan Beynəlxalq  Məktəbi ("TISA International School of Azerbaijan" ) - 42 200 dollar 
 
"İdrak " liseyi

1-9- cu siniflər üçün - 7 000 manat

10-11-ci siniflər üçün - 8 500 manat

Sumqayıt filialında - 4 000 manat 

Qeyd edək ki, bu qiymətlərə nahar yeməyi, dərsliklər, forma, bəzi məktəblərdə  nəqliyyat xidməti də daxildir.

DİGƏR XƏBƏRLƏR

Top