İranda əcnəbilərin ölkədə yaşamasının şərtləri ilə bağlı maraqlı qərar qəbul edilib. Yeniavaz.com Sputnik Türkiyə-yə istinadən xəbər verir ki, Tehrandakı İqtisadi Əməkdaşlıq Ali Şurasının iclasında verilən qərara əsasən, ölkəyə 250 min dollar məbləğində sərmayə yatıran hər bir xarici ölkə vətəndaşına İranda 5 illik yaşama icazəsi veriləcək.
Qeyd edək ki, 2016-cı ilin fevral ayında qəbul edilən qərara görə, 300 min dollar məbləğində sərmayə yatıran əcnəbilərə İran ərazisində 3 il müddətinə yaşama icazəsi verilirdi.
Bildirilir ki, hazırkı yüngülləşdirici qərar, son dövrlərdə iqtisadi böhran yaşayan İrana xarici kapitalın axınını stumullaşdırmaq məqsədi daşıyır.