Trampa ölümcül zəhərli məktub göndərilib


Pentaqon və Ağ evin ünvanına ilkin ehtimala görə içərisində risin toksini olan şübhəli zərflər göndərilib.
Yeniavaz.com DW teleradio şirkətinə istinadla xəbər verir ki, ABŞ-ın Məxfi xidəti zərfləri ələ keçirib.
Hüquq-mühafizə orqanları insidenti araşdırır. Bazar ertəsi Ağ evə göndərilmiş zərf ABŞ Prezidenti Donald Tramp üçün nəzərdə tutulub. Məxfi xidmətdən qeyd ediblər ki, məktubu Ağ evdə almayıblar və ümumiyyətlə binaya daxil olmayıb.
Bundan başqa, Pentaqona göndərilən bağlamaların çeşidləndiyi mərkəzdə azı iki şübhəli zərf aşkarlanıb. Məktublar ABŞ-ın müdafiə naziri Ceyms Mettis, eləcə də Hərbi Dəniz Qüvvələri qərargahının rəisi admiral Con Riçardson üçün nəzərdə tutulub.
Zərflərdə risin zəhərinin olduğu güman edilir. Şübhəli poçt qurumun binasına birbaşa düşməyib. Pentaqon nümayəndəsinin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin əməkdaşları üçün təhlükə yoxdur. Risin toksini olduqca təhlükəli maddədir, o, hətta kiçik dozalar zamanı ölümcüldür – qurban zəhəri tənəffüs etdikdən bir neçə saat sonra ölür.

DİGƏR XƏBƏRLƏR

Top